!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsraildə terror aktı TÖRƏDİLDİ: Ölən və yaralananlar var - VİDEO

!Reklam – Yazi

İsraildə terror aktı baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. Terror aktı cümə axşamı, noyabrın 30-u səhər Qüdsdə baş verib.

Terrorçular Amerikanın M-16 avtomatlarından istifadə edərək, Qüdsün girişinə yaxın Veyzman küçəsində avtobus dayanacağında dayanan insanlara atəş açıblar.

Terror aktının baş verdiyi yer Qüdsün əsas nəqliyyat mərkəzlərindən biridir. Məlumata görə, səkkiz nəfər yaralanıb, onlardan bəzilərinin vəziyyəti son dərəcə ağırdır. Bir gənc qız ölüb.

Təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı iki yaraqlı hadisə yerində güllələnib.

Qeyd olunur ki, hücum İsrail Müdafiə Qüvvələri (IDF) və Fələstin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəsi uzaddığının elanından bir saat sonra baş verib.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, atəşkəs prosesi Fələstin radikalları tərəfindən əsir götürülən girovları azad etmək üçün vasitəçilərin işi fonunda uzadılıb.

Xatırladaq ki, noyabrın 24-ü səhər saatlarında Həmas və İsrail arasında müvəqqəti atəşkəs razılaşması qüvvəyə minib. Atəşkəs saat 07:00-da başlayıb.

HƏMAS humanitar atəşkəsin uzadılacağına ümid etdiyini bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv