!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsraildən İrana qarşı TƏHLÜKƏSİZLİK tədbirləri – Bu ölkədəki səfirliyini bağladı

!Reklam – Yazi

İsrailin Romadakı səfirliyinin təhlükəsizlik riski səbəbindən bağlandığı bildirilib.

Yenicag.az xəbər verir ki, İtaliyanın ANSA agentliyinin məlumatında İsrailin İranın Dəməşqdəki konsulluq binasına hücumundan sonra Romadakı Mişel Merkati küçəsində yerləşən İsrail səfirliyinin həyəcan vəziyyətinə gətirildiyi və bu səbəbdən bağlandığı bildirilib.

Xəbərdə həmçinin qeyd olunub ki, İsrail Dəməşqdə yüksək rütbəli İran rəsmilərinin həlak olması ilə nəticələnən hücumdan sonra İranın cavab addımı atacağından narahat olaraq dünyadakı 30 diplomatik missiyasını bağlamaq qərarına gəlib.

Xatırladaq ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücumda İran İnqilab Keşikçiləri Ordusundan (SEPAH) 2-si general olmaqla 7 nəfər həlak olub. Hücumda 6 Suriya vətəndaşının həyatını itirdiyi də bildirilib.

Yenicag.az

www.yenicag.az

98
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv