!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsraildən Türkiyəyə səfər edən vətəndaşlar siyahıya alınır

!Reklam – Yazi

Oktyabrın 10-dan etibarən İsraildən Türkiyəyə hava yolu ilə səfər edən vətəndaşlar siyahıya alınır. Ölkəyə daxil olanların milli mənsubiyyətinin də əks olunduğu sıyahı Türkiyə Prezidenti Administrasiyası yanında Dövlət İnformasiya Əlaqələndirmə Şurası və Mərkəzinə təqdim edilir.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, oktyabrın 7-də HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından İsrailə hücumu nəticəsində yaranmış mövcud vəziyyətlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi, aviasiya şirkətləri və İsrailin müvafiq dövlət strukturları iki ölkə arasında hava nəqliyyatına dair müzakirələr keçiriblər.

Davam edən qarşıdurmaların hava məkanına və aeroportların təhlükəsizliyinə təsiri ilə əlaqədar bəzi aviaşirkətlər tərəfindən oktyabrın 7 və 8-də İsrailə olan uçuşlar ləğv edilib. İsraildən Türkiyəyə uçuşlar isə gecikməli də olsa, insidentsiz tamamlanıb. Hazırda Türkiyə-İsrail arasındakı bütün uçuşlar bərpa olunub./Azertag/

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv