!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailə dəstək üçün gələn ABŞ hərbi gəmisi Aralıq dənizində - FOTO

!Reklam – Yazi

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Gerald Ford” təyyarədaşıyan gəmisi Aralıq dənizinin şərqinə çatıb.

ABŞ Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda bölgəyə əlavə qüvvələrin sürətlə yerləşdirilməsi üzərində işləri davam etdirir.

Bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığından (CENTCOM) məlumat verilib.

“Gerald Ford” aviadaşıyıcı hücum qrupu vəziyyətin gərginləşdirilməsi və bu müharibənin daha da qızışdırılmasına istiqamətlənmiş addımların qarşısını almaq üçün Şərqi Aralıq dənizinə gəlib.

Biz ABŞ-nin mövqeyinin gücləndirilməsi, o cümlədən regiondakı döyüş eskadrilyasının möhkəmləndirilməsi üçün ABŞ Hərbi Hava Qüvvələrinin “F-15”, “F-16” və “A-10” döyüş təyyarələrinin sürətlə yerləşdirilməsi işlərini davam etdiririk”, – deyə bununla bağlı məlumatda bildirilib.
“Bu yüksək effektiv qüvvələrin bölgəyə gəlişi, İsrailə qarşı düşmən mövqeyə köklənmiş kimlərsə mövcud vəziyyətdən istifadə etməyə cəhd edəcəkləri təqdirdə, onlar üçün güclü çəkindirici siqnaldır”, – deyə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Mayk Kurillanın bəyanatında qeyd edilib.

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv