!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailin Energetika naziri BMT zirvəsinə qatıla bilmədi - Əlil xanıma hörmətsizlik

!Reklam – Yazi

İsrailin Eergetika naziri Karine Elharrar Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransına (COP26) qatıla bilməyib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, fiziki məhdudiyyəti olan xanım nazir rəsmi şəxsləri toplantının təşkil edildiyi yerə aparan avtomobilin əlil arabasına uyğun olmaması səbəbindən 2 saat gözlədilib.

Elharrara oteldən gəldiyi avtomobillə həmin əraziyə daxil olmağa da icazə verilməyib.

Bundan sonra otelə dönən xanım nazir “Twitter” hesabından açıqlama verərək BMT-ni tənqid edib.

“2021-ci ildə fiziki məhdudiyyətli şəxslər üçün əlçatanlığı təşviq edən BMT-nin özünün təşkil etdiyi tədbirlərdə bu məsələ ilə bağlı narahatlıq keçirməməsi üzücüdür”, – deyə Elharrar qeyd edib.

Məsələ ilə bağlı İsrail hökuməti tərəfindən verilən açıqlamada hadisədən sonra Baş nazir Naftali Bennetin Elharrara zəng edərək bu münasibətin qəbuledilməz olduğunu bildirdiyi vurğulanıb.

Bundan başqa, Bennet bugünkü toplantıya gedərkən Elharrarın avtomobilinin öz maşın karvanına daxil edilməsi təlimatını da verib.

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv