!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailin hərbi itkiləri açıqlandı

!Reklam – Yazi

Fələstin-İsrail münaqişəsinin yeni eskalasiyası başlayandan bəri ölən İsrail hərbçilərinin ümumi sayı 450-ni ötüb.

Yenicag.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən məlumat verib.

Belə ki, son 24 saat ərzində iki israilli hərbçi – çavuş Cozef Avner Doran və çavuş mayor Şalev Zaltsman həlak olub. İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri HƏMAS-a qarşı döyüşlərdə həlak olan əsgərlərin sayı 121-ə çatıb.

Eyni zamanda, Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsinin başlanmasından bəri həlak olan İsrail hərbçilərinin ümumi sayı artıq 450-ni keçib./Report/

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv