!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailin körüklədiyi ABŞ-İran GƏRGİNLİYİ: “Hər iki ölkə çox yaxşı anlayır ki, müharibə olsa...”

!Reklam – Yazi

“Qərb dövlətlərinin bölgə üzərində nəzarət mexanizmlərini gücləndirmək istəyi ona gətirdi ki, həmin ölkələr xarabaya çevrildi”.

Bu fikirləri ABŞ ilə İran arasında artan gərginlik fonunda iki ölkə arasında mümkün müharibənin başlaması ehtimalını dəyərləndirən  Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, tərəflər nəticənin ağır olacağını bildiyi üçün birbaşa müharibədən yayınırlar:

“İki tərəfin birbaşa döyüşməmək istəyi göstərir ki, bu ölkələr heç də ağıldankəm deyillər. Anlayırlar ki, geniş müharibə həm ABŞ-yə, həm də İrana böyük ziyan vura bilər. Bu onların kifayət qdər dövlət müdrikliyinə malik olmasının bariz nümunəsidir.

İordaniyadakı ABŞ bazasının vurulması nə deməkdir? Deyirlər ki, baza Suriya, İraq və İordaniya ilə sərhəddə yerləşir. ABŞ hərbçiləri orada Bəşər Əsədə qarşı döyüşən mücahidlərə təlim keçirlər. Sual yaranır, onları oraya kim dəvət edib? Hansı hüquqi əsaslarla onlar oraya daxil olublar? Bəşər Əsəd hökuməti onları dəvət etməyib. Onlar mərkəzi hakimiyyətin zəifliyindən istifadə edərək gəlib oarda oturublar.

Bu, ABŞ hökumətinin beynəlxalq hüquqa, Suriya dövlətinin suverenliyinə hörmətsizliyinin əlamətidir. Onlar orada kənd təsərrüfatının inkişafı məsələləri ilə məşğul deyillər, konkret terrorçulara təlim keçirlər. Gəncliyimdə Suriyada olmuşam, çox gözəl yerdir. İndi oranı xarabazara çeviriblər. 2011-ci ildə məlum hadisələr başlamazdan əvvəl Suriya ərəb dünyasının ən demokratik ölkələrindən biri idi. Liviya da çox varlı ölkələr sırasında yer tuturdu.

Qərb “ərəb baharı” adı ilə əməliyyata başladı və proseslər vətəndaş müharibəsinə çevrildi. Liviya dövlət kimi çökdü, 3 yerə parçalandı, əhalisi bədbəxt oldu. Yəmən, İraq, Suriya da eynilə… Qərb dövlətlərinin demokratiyaya hazır olmayan xalqları zorla “demokratikləşdirmək”, əslində isə bölgə üzərində öz nəzarət mexanizmlərini gücləndirmək istəyi ona gətirdi ki, həmin ölkələr xarabaya çevrildi.

Suriyada ABŞ ordusu ilə yanaşı, Əsədi dəstəkləyən Rusiyanın hərbi bazası var, İranın orda xeyli təlimatçıları fəaliyyət göstərir. Bütün dünyada terror təşkilatı kimi tanınan dəstələr Suriyada yerləşiblər. Bundan əlavə, oradakı türkmanları dəstəkləyən Türkiyə də Suriyada fəallıq göstərir.

ABŞ bazasına raket zərbəsi endirilib, 3 əsgəri ölüb, xeyli sayda yaralısı var. Bayden açıqlama verir ki, 3 cəsur əsgərimiz öldürlüb. Sual yaranır, sənin əsgərin Suriyada nə gəzirdi? ABŞ İranı, İran ABŞ-ni hədələyir. Hər iki tərəf gözəl bilir ki, ABŞ İrana, İran da ABŞ-yə çox ağır ziyan vura bilər. ABŞ-ın hərbi gücü İranın la müqayisədə fərz edək 10 dəfə çoxdur. Ancaq İranın da əli çatan ABŞ bazalarına zərbə endirmək imkanları genişdir.

Hər iki tərəf bir-birini hədələyir, digər tərəfdənsə, gözəl anlayırlar ki, bunun ağır fəsadları olacaq. İran tərəfi çox yaxşı bilir ki, ABŞ ilə, İsraillə genişmiqyaslı müharibə başlasa, xarabzara qalacaq. İsrail də anlayır ki, İran tərəfdarı olan təşkilatlar onu yerlə-yeksan edə bilərlər. İsrail çox çalışır ki, ABŞ-ni İranın üzərinə salsın, ancaq alınmır. ABŞ başa düşür ki, İranda hakimiyyəti nə qədər sevməsələr də, müharibə olsa, vətən məfhumu xalqı mollaların ətrafında birləşdirəcək”.

Səxavət Məmməd

www.yenicag.az

1105
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv