!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailin müharibə XƏBƏRDARLIĞI: "İran atom silahlı əldə edəcəksə, Türkiyə də..." - MÖVQE

!Reklam – Yazi

“İran atom silahlı əldə edəcəksə, Türkiyə də bunu etməyə çalışacaq. Çünki balansı yalnız bununla qorumaq olar”.

Bu fikri İsrail rəsmilərinin və bəzi araşdırma institutlarının İranla müharibə ehtimalı barədə xəbərdarlıq etmələrini, müharibənin olub-olmama ehtimalını dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, İran uranın zənginləşdirməsini dayandırmadıqca müharibə ehtimalı gündəmdə yerini qoruyacaq:

“Uzun müddətdir ki, İsraillə İran arasında müharibənin olacağı söz-söhbəti gedir. İsrailin İranın uranın zənginləşdirildiyi obyektlərinə zərbələr endirəcəyi deyilir. İsrail rəsmi açıqlama verdi ki, İranın uranın zənginləşdirilməsini bitirməsinə çox az faiz qalıb.

Hesab edirəm ki, tərəflər arasında geniş miqyaslı müharibə olmayacaq. İran da böyük bir dövlətdir. Əgər İsrailin irəli sürdüyü şərtlər və tələblər İran tərəfindən yerinə yetirilməsə, cənub qonşumuzun mühüm obyektlərinə aviasiya zərbələri endirilə bilər. İran da buna susmayacaq. Yaddan çıxarmaq olmaz ki, İsrailin müttəfiqi ABŞ-dir. Əgər İran İsrailə raket zərbələri endirəcəksə, ABŞ dərhal İranla bağlı tədbir görəcək.

İran atom silahı olan dövlətlərdən birinə çevrilmək istəyir. Bu isə Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər. İranın Türkiyə ilə sərhədi var. Belə olan halda İran atom silahı əldə edəcəksə, Türkiyə də bunu etməyə çalışacaq. Çünki yalnız bununla balansı qorumaq olar.

Hesab edirəm ki, son zamanlar səsləndirilən bəyanatlar təhlükəlidir. İran uranın zənginləşdirilməsi yönündəki fəaliyyətini dayandırmasa, zərbələr qaçınılmaz olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv