!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsraillə iqtisadi əməkdaşlığın yeni mərhələsi: Mövcud potensialdan necə istifadə edilməlidir? – Emin Bağırov yazır

!Reklam – Yazi

Azərbaycan-İsrail əlaqələri müxtəlif sahələrdə dinamik inkişaf etməkdədir. Bu dövlətlər arasında əməkdaşlıq sürətlə dərinləşir, qarşılıqlı ticarət dövriyyəsində qeyri-neft məhsullarının payı artır. Bundan başqa, investisiya, innovasiya, informasiya, kənd təsərrüfatı, ekologiya, qida, su, enerji texnologiyaları, əczaçılıq və biotexnologiya, ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik, turizm, kiçik və orta sahibkarlıq kimi sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.

İki ölkə arasında qarşıdakı illər üçün əsas məqsədlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, eyni zamanda, onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Yaşıl Enerji Zonaları kimi tanınan azad olunmuş torpaqların geniş kənd təsərrüfatı potensialı var. Düşməndən təmizlənən bu torpaqlarda kənd və şəhərlərin inkişafı “Ağıllı şəhər” və Ağıllı kənd” konsepsiyasına əsaslanır. Bunu nəzərə alaraq, İsrail şirkətləri tərəfindən ən müasir texnologiya və təcrübələr Azərbaycan şirkətləri ilə bölüşülərək tətbiq olunur.

Emin Bağırov

Hər iki ölkənin informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq imkanları da getdikcə genişlənir. Bu sahədə dost dövlətin “Israil Export Institute” şirkəti önəmli rol oynayır. Kibertəhlükəsizliyin təmin olunmasının hər iki ölkə üçün aktuallığı nəzərə alınaraq, bu istiqamətdə davamlı görüşlər və qarşılıqlı səfərlər reallaşdırılır. Gələcəkdə tərəflər arasında birgə işlərin görülməsi üçün danışıqlar aparılır.

Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və potensialının artırılmasına dəstək verilməsi məqsədilə ötən il təsis edilən AKTA özündə informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət və təşkilatları birləşdirir.

Azərbaycan-İsrail əlaqələrindən danışarkən müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı da qeyd etmək yerinə düşər. Ölkəmizin uzun illərdir ki, bu sahədə İsrailin müasir texnologiyasına çıxışı var, bu da Azərbaycanın müdafiə qabiliyyətinin müasirləşdirilməsini, möhkəmləndirilməsini şərtləndirir. Başqa sözlə, İsrailin müdafiə sənayesindən bəhrələnmək dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.

Aqrar sahədə İsrail təcrübəsinin tətbiqindən danışarkən mühüm bir məqama da toxunmaq istərdik. Prezident İlham Əliyev tərəfindən təşviq olunan aqroparklar İsrailin “Kibbutz” kollektiv istehsal qurumuna çox bənzəyir. Bu strukturun fəaliyyətində keçmiş kolxozlara oxşar cəhətlər özünü qabarıq büruzə verir və kooperativ formasında təşkil olunur. Aqroparklarda da eyni sahəyə aid müxtəlif təsərrüfatların birləşməsi və onların ən müasir texnikalarla təchiz edilməsi həm məhsuldarlığın yüksəlməsinə, həm yeni iş yerlərinin yaranmasına, həm də daxili bazarda yerli şirkətlərin rəqabət gücünün artmasına gətirib çıxarır.

Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti ərzaq təhlükəsizliyinə mühüm töhfə verir. Bu, həmçinin işsizliyin azaldılmasını, yerli istehsalın inkişafını və ixrac imkanlarının genişlənməsinə yol açır. Ən başlıcası isə aqroparklarda yetişdirilən məhsullar ixracyönümlü olması ilə diqqət çəkir.

Xatırladaq ki, İsrail torpaqları və hava şəraiti bizdən fərqli olaraq əkinçilik üçün yararlı ərazilər deyil. Ərazisinin 80 faizi səhralıqdan ibarət olan bu ölkədə yalnız qış aylarında yağış yağır. O baxımdan, İsrail su qıtlığı yaşayan ölkələr sırasındadır. Bununla belə, kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yeni texnologiyalar sayəsində dövlət öz əhalisinin ərzaq ehtiyaclarını qarşılamaqla kifayətlənmir, istehsal etdiyi məhsulların 90 faizini ixraca yönəldir.

Prezident İlham Əliyev də aqroparklar haqqında danışarkən diqqətə çatdırdığı “burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır” ifadəsində məhz İsrail təcrübəsinin tətbiqini nəzərdə tutur.

Emin BAĞIROV,

ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv