!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailli həkimlər inanılmaz ƏMƏLİYYAT KEÇİRDİ

!Reklam – Yazi

İsraildə həkimlər inanılmaz bir əməliyyat keçirib. Belə ki, onlar velosiped sürərkən avtomobilin vurduğu yeniyetmənin qopmuş başını bərpa edə biliblər.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 12 yaşlı uşaq ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.Həkimlərin dediyinə görə, onun başı boynun dibindən demək olar ki, tamamilə ayrılıb.

Əməliyyata rəhbərlik edən həkim Ohad Einav bildirib ki, xəstə həkimlərin tez qərar verməsi və əməliyyat otağında istifadə edilən ən son texnologiyalar sayəsində yaşayır.

Həkimlər əməliyyatdan sonra xəstənin sağ qalma şansını 50 faiz qiymətləndirib. Buna baxmayaraq, 12 yaşlı oğlan əməliyyatdan sonra özünü yaxşı hiss edib və bir ay sonra xəstəxanadan buraxılıb.

Professor Dr. Mark Siqel əməliyyatın bu qədər uğurlu olmasının səbəbini izah edib. Onun fikrincə, başın onurğa sütunundan ayrılmasına baxmayaraq, əsas qan damarları zədələnməyib və beyni qanla təmin edib.

O həmçinin qeyd edib ki, adətən uşaqlarda skeletin struktur xüsusiyyətlərinə görə belə əməliyyatlar aparılmır və israilli həkimlərin uşağı xilas etmələri onların yüksək peşəkarlığından xəbər verir./konkret.az/

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv