!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrarla bağlı saxlanılan QURU SƏRHƏDİ: "Turist axını ilə bağlı ciddi dəyişikliyin olacağı gözləniləndir" -  ŞƏRH

!Reklam – Yazi

“İndiki şəraitdə Rusiyadan Azərbaycana gediş-gəliş üçün Moskva şirkətləri bileti təxmini 1500-2000 manata satırlar”.

Bu sözləri Azərbaycandan bəzi ölkələrə uçuşların sayının artırılmasının turizm sektorunun inkişafına mümkün təsirlərini dəyərləndirən səyahət blogeri Azər İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya, Gürcüstan və İranla quru sərhədlərin bağlı olması turistlərin sərbəst hərəkətinə mane olur:

“Azərbaycandan uçuşların sayı daha çox ərəb ölkələrinə artırılıb. Məsələ bundadır ki, ölkəmizə gələn turistlər, əsasən, Rusiya, İran və Türkiyədən gəlir. Bu ölkələrdən olan turistlər Naxçıvan üzərindən quru yolla Azərbaycana gələ bilərlər. Ərəb ölkələrindən isə yalnız təyyarə vasitəsilə gələ bilirlər. Quru yolla gələn turistlərin sayı daha çox olur. Eyni zamanda, quru yolla səyahət etmək daha sərfəlidir. Ötən illə müqayisədə bu il turist axını ilə bağlı ciddi dəyişikliyin olacağı gözləniləndir. Çünki ötən il ölkəyə gəlmək üçün qaydalar daha sərt idi. Hazırda bu qaydaların bir qismi aradan qaldırılıb. Lakin 2019-cu ildə olan turizm bumu müşahidə olunmayacaq. Çünki Rusiya, Gürcüstan və İranla quru sərhədlərimiz hələ də bağlıdır.

Ümumilikdə, ölkəyə daha çox turist cəlb etmək üçün təhlükəsizlik səviyyəsi yüksək olan Avropa Birliyi ölkələri ilə viza rejimi ya tamamilə ləğv olunmalı, ya da viza Bakı hava limanında verilməlidir. Bu halda Avropadan Azərbaycana olan birbaşa reyslərin sayında da artım olacaq. Çünki bu addım aviaşirkətləri daha da həvəsləndirir. Azərbaycandan Avropaya, eləcə də əks istiqamətdə vizanın tələb olunması aviaşirkətlərin yeni reyslər açmasına əngəl olmaqla yanaşı, şirkətlərin yeni istiqamətlər açmasına tərəddüd yaradır. Şirkətlər bu vəziyyəti risk kimi qəbul edirlər. Əlavə olaraq, bu gün Azərbaycanın quru dövlət sərhədləri bağlıdır. Rusiya, Gürcüstan və İranla quru sərhədlərin bağlı olması turistlərin sərbəst hərəkətinə mane olur. Hazırda Rusiyanın avia sahəsində böhran yaşanır və təyyarə çatışmazlığı var. Tələbin çox olması fonunda isə təklifin qiymətində artım var. İndiki şəraitdə Rusiyadan Azərbaycana gediş-gəliş üçün Moskva şirkətləri bileti təxmini 1500-2000 manata satırlar. Eyni zamanda, Azərbaycan Hava Yolları və “Buta Airways” Rusiyaya olan biletlərin qiymətini qaldırıb.

Əgər quru sərhədləri açılarsa, Rusiyadan Azərbaycana daha çox turist gələ bilər. Eyni zamanda, Rusiyaya gələn digər ölkə vətəndaşları da quru sərhədlərindən istifadə edərək ölkəmizə səfər edə bilərlər”.

Gülşən Şərif

www.yenicag.az

670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv