!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşsiz qalan məzunlar: "Onlardan 2 illik iş təcrübəsi tələb etmək..." - MÖVQE

!Reklam – Yazi

Hal-hazırda cəmiyyətin aktual problemlərindən biri də universitetdən yeni məzun olan tələbələrin iş tapa bilməməsidir. Şirkətlərin çoxu ya təcrübə istəyir, ya da “biz sizə zəng edəcəyik” deyərək tamamilə ciddi yanaşmır.

Bəs yeni məzun olmuş tələbənin 2 il iş təcrübəsi necə ola bilər? Bu problemin çıxış yolu nədir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, hər il əmək bazarına 100 mindən çox insan daxil olur:

“Burada şübhəsiz ki, işəgötürənlərlə çalışanlar arasında bir problem var. Bir çox şirkətlər iş təcrübəsi tələb edir. Düzdür, bəzi sahələrdə təcrübə lazımdır. Amma tələbə praktika keçib, könüllü olaraq fəaliyyət göstərib. O da təcrübə sayılır. Və həmin tələbələr harasa müraciət edəndə onları keyfiyyətləri üzrə işə götürmək lazımdır. Bir yerdən başlamaq lazımdır. Bu baxımdan əmək müəssisələrinin tələbələrdən iş təcrübəsi tələb etməsi məncə, qanunauyğun deyil.

Tapşırıqlar verilməlidir ki, təzə məzunlardan təcrübə tələb olunmasın. Ümumiyyətlə, bu, düzgün yanaşma deyil. İşçilər onsuzda təcrübə müddətindən keçir, bacarıqları sınanılır. Birmənalı olaraq əmək bazarında vahid qərarlara ehtiyac var”.

Şahanə Paşa

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv