!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşsiz şəxslərin aqibəti, dəstək fondları, statistikalar: “Ölkədə hər 100 nəfərdən...” - AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, son günlər bəzi sosial şəbəkə platformalarında məlumat yayılıb ki, işsiz şəxslərə 200 manat müavinət veriləcək. Lakin Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızının açıqlamasına görə, bu məlumat əsassızdır.

Bəs ölkəmizdə işsiz şəxslər üçün hansı addımlar atılır? Milli Məclisdə işsiz insanlarla bağlı olan məsələlər kifayət qədər müzakirə edilir mi?

Bütün bu məsələlərlə bağlı Yenicag.az-a açıqlama verən deputat Vahid Əhmədov bildirib ki, dövlət tərəfindən bəzi işsiz şəxslər üçün büdcə ayrılıb və onlara davamlı olaraq yardım edilir:

“İşsiz olub, ictimai məsələlərlə məşğul olan insanlara icra hakimiyyəti orqanları tərəfindən müavinət verilir. Onu da qeyd edim ki, həmin şəxslər üçün ayrılan büdcə heç də az deyil, təxminən bir neçə milyon vəsaitdən söhbət gedir. Bundan əlavə, ailə üzvlərinin bütün fərdləri işsiz olan, ciddi problemlərlə üzləşən, rəsmi olaraq işsiz kimi qeydiyyatdan keçən vətəndaşlara da dövlət dəstək göstərir”.

V.Əhmədov həmçinin onu da vurğulayıb ki, Milli Məclisdə bu mövzu tez-tez qaldırılır:

“Biz çalışırıq ki, işsiz adamların sayı azalsın. İstər İqtisadi İnkişaf Nazirliyi, istərsə də Milli Məclis, prezidentin göstərişlərinə uyğun olaraq, iş yerlərinin artırılması üçün səy göstəririk. Ölkəmizdə sığorta fondları da var, həmin qurumlar tez-tez müəyyən vəsait ayıraraq aztəminatlı ailələrə kömək edir”.

İqtisadçı ekspert Eldəniz Əmirovun fikirlərinə görə, sosial şəbəkələrdə bu tip informasiyalar məqsədli şəkildə paylaşılır:

“Bu tip xəbərlər çox sürətlə yayılır. Kimsə özünü reklam etmək istəyəndə belə məlumatlar paylaşmağa başlayır”.

Həmçinin o vurğulayıb ki, işsizlik problemindən danışarkən ölkədəki statiskalara da nəzər yetirmək lazımdır:

“Azərbaycandakı işsizlik səviyyəsi 5.6 faiz təşkil edir. Yəni hər 100 nəfərdən 95 nəfəri işləyir. Daha dəqiq desək, hər 1000 nəfərdən 944 nəfəri işləyir, 56 nəfər işsizdir. Həmin göstəricilərin daha da yaxşılaşdırılması üçün bir sıra qurumlar çalışır. Amma ölkədə məşğulluğun daha dayanıqlı təmin olunması üçün sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, ələləxüsus da regionlarda aqrar emal sahələrinin yaradılmasına çox böyük ehtiyac var”.

Şahanə Paşa

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv