!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşsiz vətəndaşın KREDİT ÖHDƏLİYİ: “Bankın bu məsələdə edə biləcəyi şey...”

!Reklam – Yazi

“Müştərinin anlaşma ilə üzərinə götürdüyü məsuliyyətdən yayınması mümkünsüzdür”.

Bu fikirləri əmək fəaliyyəti göstərərkən bankdan kredit götürmüş vətəndaşın işdən çıxarıldığı təqdirdə həmin kreditlə bağlı öhdəliyinin davamlılığını dəyərləndirən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, sözügedən məsələ istehlak kreditinə aid olan neqativ və xoşagəlməz hallardan biridir:

“Mövcud vəziyyəti kredit götürən şəxs özü qiymətləndirməlidir. Belə bir deyim var: bir, iki, yaxud üç nəfərin istehlak krediti ilə bağlı problemi varsa, yaranmış vəziyyət özlərinin günahıdır. Əgər problem bir neçə şəxsdə yox, kütləvi olaraq yaşanırsa günahkar bankdır. Bankın bu məsələdə edə biləcəyi heç bir şey yoxdur. Çünki müştəri razılıq zamanı öz üzərinə məsuliyyət götürür. Onun bu məsuliyyətdən yayınması mümkünsüzdür. Bütün hallarda krediti götürən şəxs vəziyyətdən asılı olmayaraq, məsuliyyət daşımalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv