!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda gecə klubunda partlayış: Çoxlu sayda ölənlər və yaralananlar var

!Reklam – Yazi

İstanbulda 16 mərtəbəli binanın alt mərtəbəsində yerləşən gecə klubunda yanğın baş verib. 

Yenicag.az xəbər verir ki, hadisə zamanı 8 nəfər ölüb, 6-sı ağır olmaqla 15 nəfər yaralanıb. İstanbul valisi Davud Gül açıqlamasında yanğının söndürüldüyünü bildirib.

Hadisə yerli vaxtla saat 13:00 radələrində baş verib. İddialara görə, Ramazan bayramı ilə bağlı bağlanan 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrindəki gecə klubunda təmir işləri aparılarkən səhnənin yanında partlayış baş verib. Partlayışdan sonra gecə klubunda yanğın olub.
Həmin vaxt klubda və binada olanlar içəridə qalıblar. Xəbər verildikdən sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və sağlamlıq qrupları göndərilib. Hadisə yerinə gələn yanğınsöndürənlər yaralıları çıxarıblar.

Yenicag.az

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv