!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda "kəşfiyyat savaşı": İsrailliləri öldürmək istəyən İran casusları saxlanıldılar

!Reklam – Yazi

Türkiyədə israillilərə sui-qəsd təşkil etməyə hazırlaşdıqları iddia edilən 5 əcnəbi şübhəli saxlanıb.

Yenicag.az xəbər verir ki, İran kəşfiyyatına işlədiyi iddia edilən şübhəlilərin yaşadıqları ünvanlarda 2 tapança və səsboğucu tapılıb.

Əməliyyatı Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul polisi birgə həyata keçirib. İddiaya görə, Türkiyənin xüsusi xidmət orqanları İstanbulda israillilərə hücum etmək istəyən bir qrup müəyyən edib. Bununla bağlı işlərə başlanılıb və araşdırmalarda 5 şübhəlinin şəxsiyyəti müəyyən edilib.

Türkiyə mediasının yazdığına görə, saxlanılan şübhəlilər İranda törədilən son cinayətlərin qisasını almaq üçün İstanbula gəliblər.

İsrailliləri hədəf almağı planlaşdırdığı iddia edilən şübhəlilər sorğu-sual olunmaq üçün polis bölməsinə aparılıb.

Qeyd edək ki, bir neçə gün öncə İranda İnqilab Keşikçiləri Korpusuna qarşı silsilə sui-qəsdlər həyata keçirilib. Polkovnik Həsən Səyyad Xodayi Tehranda öldürülüb. İran sui-qəsdlərin arxasında İsrailin olduğunu bəyan edib.

Xatırladaq ki, İsrailin xarici işlər naziri Yair Lapid iyunun 13-də Türkiyədəki israilliləri “Türkiyəni dərhal tərk etməyə” çağırıb. İsrailin verdiyi açıqlamalarda İran kəşfiyyatının Türkiyədə israilliləri hədəf alacağı iddia edilib.

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv