!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda partlayış törədən qadın yeni etiraflar etdi

!Reklam – Yazi

13 noyabr 2022-ci ildə İstanbulun İstiqlal prospektində 6 nəfərin ölümü, 99 nəfərin yaralanması ilə nəticələnən terror aktını törədən Əhlam Əlbəşir məhkəmədə ifadəsini dəyişib.

Yenıcag.az xarici mətbuata istinadla xəbər verir ki, Suriya əsilli Əhlam Əlbəşir ifadəsində bombanı görəndə polisə zəng etdiyini deyib.

Əvvəlki ifadələrində bombanı Suriyadan aldıqlarını deyən Əlbəşir, son məhkəmədə partlayıcının yanında olmadığını deyib.

Əlbəşir qaçaqmalçılarla Suriya sərhədinə gəldiklərini, gecə saat 02:00 radələrində divardan tullanaraq Türkiyə ərazisinə keçdiklərini və ümumilikdə 11 nəfərin olduqlarını söyləyib:

“Belə bir şey olacağını bilmirdim. Servis kimi bir maşın gəlib bizi götürdü. Bizi başqa maşına apardı. Dəfələrlə maşın dəyişdik. Polis bizi saxlasa, portağal bağına portağal yığmağa gedirik deməyimizi söylədilər.

Daha sonra mənə dedilər ki, Taksimə gedəcəksən. Deyildiyi kimi, Taksimə getdim, şəkil çəkdirdim.

Bizə tapşırıldı ki, sizdən bir şey soruşarlarsa, Almaniyaya gedəcəyinizi deyin. Suriyaya qayıdacaqsınız, amma başqalarının qarşısında Almaniyaya gedəcəyinizi deyəcəksiniz deyildi” deyə o ifadəsində söyləyib.

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv