!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda Rusiya-Ukrayna zirvəsi - Ərdoğandan önəmli açıqlamalar

!Reklam – Yazi

Bu gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna heyəti arasında müzakirələrin növbəti turu keçiriləcək.

Yenicag.az xəbər verir ki, heyətlərin görüşündən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan geniş açıqlama verib.

Müzakirə prosesinin sülhlə bağlı ümidləri canlandırdığını deyən Ərdoğan bunun bütün dünyanı həyəcanlandırdığını bildirib.

Prezident qeyd edib ki, Türkiyə proses boyunca hər iki tərəfin həssas məsələlərinə ədalətli yanaşma sərgiləyib:

“Türkiyə olaraq məsuliyyət almaqdan heç bir zaman qaçmadıq, qaçmarıq. Ədalətli sülhün məğlub tərəfi olmayacağına inanırıq. Artıq görüşlərdən dəqiq nəticələrin əldə edilməsi mərhələsindəyik. (Heyətlərə səslənərək) bütün dünya sizdən xoş zəbərlər gözləyir. Biz də hər yardıma hazırıq”.

Özbəkistana səfər edəcəyini bildirən Ərdoğan xarici işlər naziri Mövlud Çavuşoğlunun İstanbulda qalacağını da bildirib:

“Xarici işlər nazirimizi də ehtiyac olacağı təqdirdə sizə lazımi dəstəyi verməsi baxımından İstanbulda qoyuram. Müzakirələrdə vasitəçilik roluuz yoxdur, ancaq sizlər tələb etdiyiniz müddətdə asanlaşdırcı tədbirlər görməyə davam edəcəyik”.

www.yenicag.az

323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv