!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda terrror aktı törətmək istəyənlər iş başında saxlanıldılar

!Reklam – Yazi

İstanbulda ticarət mərkəzlərindən birində içərisində partlayıcı maddə olan çanta aşkar edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.

Qəzetin məlumata görə, şübhəli şəxslər İstanbulun qərbində, Bayrampaşa səmtindəki ticarət mərkəzində polisin diqqətini çəkiblər. Belə ki, D. B. adlı şəxs əlindəki çantanı mağazaların birinə qoyub gedərkən saxlanılıb. Digər şəxs qaçsa da, polis onu yaxalayıb.

“Saxlanılan şəxslər sorğu-sual zamanı bildiriblər ki, xaricdən PKK-çı onlara pul göndərib, pulla partlayıcı alıb və onların göstərişi ilə terror aktı törətməyi planlaşdırıblar”, – nəşr bildirib.

Həmçinin dindirilmə zamanı saxlanılan şəxslər Sultanqazi rayonundakı meşə parkında meşə yanğınına səbəb ola biləcək bəzi qurğular quraşdırdıqlarını, sonradan təhlükəsizlik qüvvələri tərəfindən aşkar edilərək məhv edildiyini bildiriblər.

Saxlanılan şəxslərin digər cinayət ortaqları da Bahçelievler rayonundakı mənzillərdə saxlanılıb (ümumillikdə 11 nəfər). Qəzet yazır ki, axtarışlar zamanı azı 3,2 kiloqram partlayıcı maddə və partlayıcı qurğuların yığılması üçün istifadə oluna bilən digər maddələr və elementlər aşkar edilib.

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv