!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda Türk Dövlətləri Təşkilatının Media Zirvəsi keçirildi - VİDEO

!Reklam – Yazi

Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısı keçirilib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin təşkilatıçılığı ilə keçirilən toplantıda idarə rəhbəri Fəxrəddin Altun, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Əmrəyev, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın yüksək rütbəli rəsmiləri, eləcə də müşahidəçi ölkələrin nümayəndələri iştirak edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıya videomesaj göndərib. Ərdoğan mesajda rəqəmsal faşizm haqqında danışıb, 44 günlük Vətən müharibəsindəki informasiya savaşına diqqət çəkib.

Çıxışında tədbirin mövcud əməkdaşlıqları daha da inkişaf etdirəcəyini vurğulayan Fəxrəddin Altun Qarabağ müharibəsi dövründə göstərdiyimiz həmrəyliyin sosial mediada da özünü biruzə verdiyini qeyd edib.

Toplantıda mühüm məsələlərin müzakirə edildiyini bildirən Hikmət Hacıyev ölkələrimizə qarşı aparılan dezinformasiya və saxta xəbər təbliğatlarının bu gün də davam etdiyini deyib.

Toplantıya Azərbaycan nümayəndə heyətinin tərkibində Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Bakı Dövlət Universitetinin Jurnalistika fakütəsinin dekanı Vüqar Zifəroğlu da qatılıblar.

Qeyd edək ki, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də toplantıda iştirak məqsədilə hazırda İstanbul şəhərindədir.

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv