!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda Türkiyə Məzunları Forumu keçirilir - FOTO

!Reklam – Yazi

İstanbulda dünyanın müxtəlif ölkələrindən Türkiyəyə təhsil almağa gələrək özünü inkişaf etdirən məzunların iştirakı ilə “Türkiyə Məzunları Forumu” keçirilir. 

“Yenicag.az”ın yerli bürosu xəbər verir ki, Türkiyə Cümhuriyyətinin 100 illik yubiley ili münasibətilə təşkil edilən forumda dünyanın 60 ölkəsindən 200 nəfər öz sahəsi üzrə özünü inkişaf etmirmiş Türkiyə məzunları, siyasətçilər, QHT rəhbərləri, tibb, texnologiya, sənaye, mədəniyyət, müasir bankçılıq, media sahələri üzrə öz ölkələrində rəhbər vəzifələrdə təmsil olunan şəxslər qatılıb. Ölkələrində mühüm vəzifələrdə olan məzunlar texnologiyadan iqtisadiyyata mədəniyyətdən sənayenin təşkil olunmasına, mediadan tibbi əməkdaşlığa qədər bir çox mövzuda keçiriləcək 7 paneldə çıxış edəcəklər. Panellər Xalq diplomatiyasında öz təsirlərini nümayiş etdirmək,

Türkiyə ilə öz ölkələri arasındakı əlaqələrə töhfə vermək,

Türkiyə və türk xalqı ilə köklü bağları ictimaiyyətə əks etdirmək kimi başlıqlarla davam edir. Türkiyədəki bütün sektor nümayəndələri arasında əməkdaşlıq üçün motivasiyanın gücləndirilməsi forumun başlıca məqsədlərindən hesab olunur. Proqramın ikinci günündə keçirilən Türkiyə Məzunları Mükafatları mərasimində isə 5 fərqli kateqoriya olacaq.Mükafatlar nominasiyalar üzrə seçilmiş uğurlu məzunlara təqdim ediləcək.

Qeyd edək ki, dünyanın 184 ölkəsində 150 ​​min nəfərdən artıq Türkiyə məzunları var. 120.000 məzun Türkiyə Məzunları Portalında qeydiyyatdan keçib və portalda təhsil, məşğulluq kimi məlumat bazası yaranıb.

Onu da qeyd edək ki, Azərbaycandan da Türkiyə unversitetlərindən məzun olanlar az deyil burada da Türkiyədən məzun olan bir çox yüksək vəzifəli həmyerlimiz iştirak edir.

Belə ki, yüksəksəviyyəli forumda ölkəmizi Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov və Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, tibb elmləri doktoru Kamran Musayev təmsil edir.

Natiq Çıraqzadə

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv