!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda Xocalı Soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirildi - FOTOLAR

!Reklam – Yazi

Tarixin ən dəhşətli faciələrindən biri olan ermənilərin törətdiyi Xocalı Soyqırımının 31-ci ildönümünə həsr edilmiş sənədli film İstanbulda təqdim olunub.

Yenicag.az xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan Vizyon Teatr Dərnəyinin hazırladığı 10 dəqiqəlik “Cəhənnəmə aparan kamera” sənədli filminin nümayişi fevralın 25-də İstanbulun “Wyndham İstanbul” otelində baş tutub.

Məlumata görə, nümayiş etdirilən sənədli film Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar Türkiyədə keçirilən sislsilə tədbirlər çərçivəsində ərsəyə gətirilib və soyqırımı qurbanları ilə şəhidlərə həsr olunub.

Sənədli filmin ssenari müəllifi Dərnəyin sədr müavini Lətafət Rafiq, montaj edəni Ümid Seyidoğlu, səsləndirəni Burak Durmuş, bədii rəhbəri Kəmalə Kamal, dizayneri Yasin Şəkər və koordinatoru Yunus Soyupekdir.

Filmin nümayişindən sonra yaradıcı heyət səhnəyə dəvət edilib və onlara dərnək rəhbərliyi adından minnətdarlıq bildirilib.

Tədbirdə çıxış edən dərnəyin sədri Kəmalə Cabbarova 31 il əvvəl törədilmiş Xocalı Soyqırımı haqqında qanışaraq, bu qanlı cinayəti törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməli olduqlarını deyib.

Bundan başqa, filmin nümayiş etdirildiyi məkanda Türkiyə-Azərbaycan Dərnəklər Federasiyası tərəfindən fotosərgi də təşkil olunub.

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv