!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda Zəfər Gününə həsr olunmuş elmi konfrans keçirildi

!Reklam – Yazi

8 Noyabr – Zəfər Günü münasibətilə Qafqaz Tarixi Mərkəzi (Azərbaycan) və Halkalı Texniki Elmləri Mərkəzi (Türkiyə) tərəfindən İstanbul şəhərində yerləşən Halkalı Fən Elmləri Mərkəzində Elmi Konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Halkalı Fən Elmləri Mərkəzinin rəhbəri Tanər Korhan Azərbaycanın Zəfər Günü barədə qısa məlumat verib. Daha sonra Ulu öndər Heydər Əliyevin, Qazi Mustafa Kamal Atatürkün və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib.

Qafqaz Tarixi Mərkəzinin Türkiyə üzrə nümayəndəliyin sədri, ehtiyatda olan polkovnik Akif Qasımov “Dəmir Yumruq Əməliyyatı” mövzusunda təqdimatla çıxış edib. Natiq çıxışında 2020-ci il sentyabrın 27-dən başlanan, 44 gün davam edən və Qarabağda daxil olmaqla işğal altındakı ərazilərin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin Azərbaycan tarixinin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildiyini deyib.

Təqdimatda Azərbaycan ordusunun inkişafında Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində görülmüş işlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir ordu islahatları barədə ətraflı məlumatlar verilib. Eyni zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar, elmi-tədqiqat işləri, hərbi sənaye kompleksi, uğurlu daxili və xarici siyasət strategiyası çərçivəsində keçirilən fəaliyyətləri iştirakçıların diqqətinə çatdırıb.

Elmi konfransda iştirak edən protokol heyəti Kiçikçəkməcə “Kızılay” rəhbəri Hüseyin İpək, Kiçikçəkməcə AK Partiya rayon rəhbərinin müavini Çingiz Qızıldağ, Kiçikçəkməcə MHP rayon təşkilatı rəhbəri Heydər Güney, Kiçikçəkməcə BBP rayon rəhbəri Mehmet Cem Özəl, Kiçikçəkməcə “Yeniden Rifah” Partiyası sədrinin müavini Tamər Sönməzlər, Kiçikçəkməcə Türkiyə İttifak Partiyası rayon rəhbəri Vahid Tayfun, Kiçikçəkməcə keçmiş bələdiyyə rəhbəri müavini Ənvər Şəngül, jurnalist Engin Zəfer, Halkalı məhəlləsinin muxtarı Yusuf Ərgül, Azərbaycan məktəbinin müəlliməsi Elnarə Fətullayeva çıxış edərək Azərbaycan ordusunun qəhrəmanlığını və şücaətini qeyd ediblər.

Tədbirdə Türkiyənin bu ölkədə fəaliyyət göstərən çoxsaylı qurum nümayəndələri və tələbələr şagirdlər iştirak ediblər. Azərbaycan məktəbinin şagirdləri Azərbaycanla bağlı şeirlər söyləyib və Qarabağ Zəfəri ilə əlaqədar video çarxlar nümayiş olunub.

Tədbirin sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirilib.

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv