!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbuldakı terror İranla İsraili qarşı-qarşıya gətirdi

!Reklam – Yazi

Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktı dünya mediasında hələ də əsas müzakirə mövzusudur.

Yenicag.az xəbər verir ki, teraktla bağlı İran və İsrail arasında gərginlik yaşanır.

Belə ki, İranın IRNA xəbər agentliyi terrorçu qadının mediaya yansıyan görüntülərində onun yanı ilə yeriyən iki nəfərin israilli olduğunu və hücumun arxasında bu dövlətin durduğunu yazıb.

Agentliyin bu iddiası İsrail tərəfindən ciddi etirazla qarşılanıb. İsrailin “Yedioth Ahronoth” nəşri İranın iddiasını yalanlayıb. Nəşrin yazdığına görə, terrorçunun yanında yeriyənlər, həqiqətən, İsrail vətəndaşıdırlar, lakin onlar Türkiyəyə tətil üçün gediblər.

Nəşr İsrail vətəndaşlarının yanından terrorçunun keçməsini təsadüf adlandırıb.

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv