Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İstanbulu partladan terrorçunun fotosu – Yeni faktlar

canli bomba odurİstanbulda baş verən terror aktı nəticəsində 24 nəfərin yaralandığı açıqlanıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaralıların 3-ü İsrail vətəndaşıdır.

Yaralılar İstanbulun 4 ayrı xəstəxanasına yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Türkiyənin Səhiyyə Nazirliyi İstanbuldakı terror aktı ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, Taksim meydanı yaxınlığında törədilən partlayış nəticəsində 5 nəfər həlak olub. Onlardan biri terrorçu-kamikadzedir. Xəstəxanalara yerləşdirilmiş 36 yaralıdan 7-nin vəziyyəti ağırdır. Yaralılardan 12-si xarici ölkə vətəndaşıdır.

***

İstanbulda baş verən terror aktı zamanı 46 nəfər yaralanıb. Yaralananların 12-si xarici vətəndaşdır.

İstanbul valiliyindən verilən məlumata görə, yaralıların 6-sı İsrail, 1-i İslandiya, 1-i İran, 1-i Dubay, 2-si İrlandiya və 1-i Almaniya vətəndaşıdır.

Bundan əvvəlki açıqlamada isə yaralı sayının 36 olduğu bildirilmişdi.

 

www.yenicag.az

407