!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“İstedadsız ol, yaltaqlığı bacar, gedəssən qabağa…” - Əməkdar artist

!Reklam – Yazi

“İndiki vaxtda istedadlı olmaq lazım deyil. İstedadsız ol, amma qapı döyməyi, yaltaqlığı bacar, qabağa gedəcəksən…”

Bunu teatr sahəsində sayı gündən-günə artan istedadsız və qeyri-peşəkar insanlardan danışarkən Yenicag.az-a açıqlamasında aktyor, əməkdar artist Vahid Əliyev deyib.

Aktyor elə insanların meydan sulamasının səbəblərini də açıqlayıb:

“O qədər təsadüfi adamlar xalq artisti oldular ki… Teatrın yüksəlməsi üçün birinci növbədə canıyanan, sənətdən başı çıxan, sənət adamlarına dəyər verməyi bacaran adam teatra rəhbərlik etməlidir.

Hərdən oturub fikirləşirəm ki, bizim böyük sənətkarlarımız sağ olsaydı, teatrın bu gününü görsəydi, neyləyərdi? Vallah ürəkləri partlayardı. Deyərdilər Azərbaycan teatrı hansı uğurlara imza atmışdı… Amma nə olsun, bir anın içində hamısını əldən verdik getdi. Deməklə, danışmaqla düzələn də deyil. Sual verə bilərsiz, bu gün niyə Azərbaycan tamaşaçısının zövqü yoxdur? Bəzi insanlar var, onlar tamaşaçısının zövqünü korlamağa xidmət etməklə məşğuldurlar. Çox şeylər var, açıb deyə bilmirəm. Bəzi aktyor və aktrisalarımız nə işlərlə məşğul olublar, demək olmur. Milli mənliyi olmayan aktyor və aktrisanın hansı sənətindən danışmaq olar?

Ömrü boyu canımı sənətə qoydum, amma nəticə nə oldu? Aktyorlar ölməzdir, amma onları biganəliklə öldürürlər. İndiki vaxtda istedadlı olmaq lazım deyil. İstedadsız ol, amma qapı döyməyi, yaltaqlığı bacar, qabağa gedəcəksən”.

Cəvahir

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv