!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstefa verən Consonun XƏLƏF SEÇİMİ: Sabiq baş nazir kimi dəstəkləyir?

!Reklam – Yazi

Boris Conson Böyük Britaniyanın yeni baş naziri postuna iddialılardan hansını dəstəklədiyini açıqlayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın sabiq baş naziri Boris Conson növbəti mərhələyə keçə bilməyən iddialıları keçmiş maliyyə naziri Rişi Sunakdan başqa istənilən namizədi dəstəkləməyə çağırıb.

Qeyd olunur ki, bu barədə danışan Conson öz xələfi kimi ölkənin xarici işlər naziri Liz Trassı gördüyünü gizlətməyib. Bundan başqa, sabiq baş nazir beynəlxalq ticarət nazirinin müavini Penni Mordontu da dəstəkələyə biləcəyini açıqlayıb.

İstefa verdikdən sonra baş nazir postuna namizədlərdən hər hansı birinə açıq dəstək verməyəcəyini deyən Conson onun vəzifədən getməsində rol oynayan Sunakın hökumət rəhbəri olmamasının vacibliyini vurğulayıb.

Bununla belə, Sunak baş nazir postuna seçkilərin ilk turunda 88 səs toplayaraq, 1-ci olub.

www.yenicag.az

434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv