Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İstehlak kreditlərinin artan TEMPİ: "Real sektorun maliyyə tələbləri tam ödənmir" - Deputat

Mərkəzi Bankın məlumatına görə, ötən ili 3 milyard 661 milyon manatlıq istehlak kreditləri ilə başa vuran banklar bu ilin ilk 8 ayında istehlak kreditlərinin həcmini 4 milyard 132 milyon manatadək yüksəldiblər. Bu isə o deməkdir ki, yalnız 8 ay ərzində istehlak kreditlərinin həcmi 471 milyon manat artıb.

Yenicag.az bildirir ki, istehlak kreditlərinin artmasının mümkün təsirləri ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov öz fikirlərini bölüşüb.

O, bildirib ki, bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi problemli kreditlərin həcmini artırır.

“İstehlak kreditlərinin həcminin artması fonunda borclananların sayında da artım müşahidə olunur. 2021-ci ilin ilk 8 ayında istehlak kreditlərinin həcmində artımlar davam edib. Təhlil olunan dövrdə ümumi kredit portfeli və biznes kreditlərinin həcmində də artımlar qeydə alınıb. Bununla belə, ötən ilin sonu ilə müqayisədə bu ilin 8 ayı ərzində ümumi kredit portfeli 6.9 faiz, biznes kreditlərinin həcmi 3.8 faiz artasa da istehlak kreditlərinin həcmi 12.0 faiz artıb. Göründüyü kimi, istehlak kreditlərinin həcmində artımlar ümumi kredit portfeli və biznes kreditləri ilə müqayisədə daha çoxdur və iki rəqəmli artım faizi ilə ifadə olunur. Digər tərəfdən, istehlak kreditləri üzrə orta faiz biznes kreditləri ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir və bu, kredit götürənlərin daha çox borclanmasına səbəb olur”.

Vüqar Bayramov hesab edir ki, bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi real sektorunun maliyyə tələblərinin tam ödənilməməsi baxımdan arzuolunan deyil:

“İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, real sektorunun inkişafında biznes kreditlərinin xüsusi payı olur. Digər tərəfdən, istehlak kreditləşməsinə meyl bank sektorunda yeni çağrışlar yaradır və bu da sektorun dayanıqlığı baxımdan arzuolunan deyil. Bu kontekstdən Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğundur. Stimullaşdırıcı metodlar ilə bankların biznes kreditləşməsinə marağının daha artırılmasına ehtiyac var”.

Gülşən Şərif

www.yenicag.az

204
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100