!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstehlak kreditlərinin ƏLÇATANLIĞI: “Yenə də mövcud komissiya haqları, faizlərin yüksək olması..."

!Reklam – Yazi

“Yenə də mövcud komissiya haqları, faizlərin yüksək səviyyədə olması daimi olaraq müşahidə olunur”.

Bu sözləri AMB-nin banklar tərəfindən verilən istehlak kreditlərində sərtləşməyə gedilməsi iddiasına münasibət bildirən iqtisadçı ekspert Toğrul Vəliyev Yenicag.az-a açıqlamasında qeyd edib.

O həmçinin bildirib ki, Mərkəzi Bank daha çox kreditlərin daha rahat, faizlərin nisbətən aşağı olması və s. istiqamətində çalışmalıdır:

“Əslində məsələ ondan ibarətdir ki, bizdə onsuz da banklar müştərilərə bu və ya digər kreditlərdə nisbətən sərtdirlər. Burada hər hansı dəyişikliyin baş verməsi və yaxud daha çox ucuzlaşmasını düzünə qalsa, mən müşahidə etmirəm. Ona görə də “sərtləşdirmə” ifadəsini işlətmək o qədər də düzgün çıxmaz. Bəlkə də bank tərəfindən hər hansısa əlavə ödənişlər yaradıla bilər ki, bu da mümkün hadisədir. Amma yenə də mövcud komissiya haqları, faizlərin yüksək səviyyədə olması daimi olaraq müşahidə olunur. Bu səbəbdən də xüsusi dəyişikliklərin olmasını deyə bilmərəm. Bu məqamda qeyd etmək lazımdır ki, Mərkəzi Bank daha çox kreditlərin daha rahat, faizlərin nisbətən aşağı olması və s. istiqamətində çalışmalıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv