!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstehlaka yararsız qida məhsulları məhv edildi

!Reklam – Yazi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Bu barədə Yenicag.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“Merano-Baku” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 1380 kq müxtəlif növ qida məhsulları (donmuş tərəvəz, pendir, dəniz məhsulları və s.) “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv