!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İstənilən sahibkar lotereya oyunları təşkil etmək hüququna malikdir" - ŞƏRH

!Reklam – Yazi

“Bravo” kimi iri marketlərin, dövlət qurumlarının daxilində də stimullaşdırıcı lotereyalar mövcuddur”.

Bu sözləri lotereyalara artan marağa münasibət bildirən “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, adətən, ümidlərini təsadüflərə bağlayan, heç bir əmək fəaliyyəti göstərmədən, birdən-birə varlanmaq istəyən şəxslərin yaşadıqları ölkələrdə lotereya oyunlarına maraq olduqca yüksəkdir:

“Bura Hindistan, Pakistan və sairə bu tip ölkələr daxildir. Düzdür, bu gün bütün ölkələrdə lotereya oyunları həyata keçirilir, amma xalqın bu oyunlara meyilli olması ürəkaçan deyil. Son dövrlər Azərbaycanda da bu meyil artıb. Söhbət təkcə böyük lotereyalardan getmir. Hazırda “Bravo” kimi iri marketlərin, dövlət qurumlarının daxilində də stimullaşdırıcı lotereyalar mövcuddur. Yəni, lotereya sistemi irili-xırdalı həcm baxımından bütün ölkəni əhatə edir.

Qanunvericilikdə bu sistemin daha da təkmilləşdirilməsi, “Topaz” və bu tip sistemlərin yaradılması maraq dairəsinin artmasının nəticəsidir. Qanunvericiliyə görə, hər hansısa lotereyada yığılan məbləğin təxminən 80 faizi civarında uduşlar qoyulmalıdır. Lotereya təşkil edən qurumun bu prosesdə 20 faizdən artıq mənfəət əldə etməməsinə nəzarət olunmalıdır. Çünki bəzi hallarda faiz göstəricisində ciddi fərq yaşanır. Çalışmaq lazımdır ki, vətəndaşların haqları tapdanmasın. Cəmiyyətin hansı təbəqəsinin lotereya oyunlarına maraq göstərdiyini nəzərə alsaq, xəyallarını gerçəkləşdirmək üçün imkanı olmayan şəxslər sözügedən oyunlara daha çox üstünlük verirlər. İqtisadi sistem inkişaf etdikcə bu lotereyalarda iştirak etmək istəyənlərin sayında dəyişiklik olacaq”.

Fərdi sahibkarların lotereya təşkil etməsinin mümkün olduğunu vurğulayn Vüqar Oruca görə, bunun üçün müvafiq sənədlər İcra Hakimiyyətinə təqdim olunmalıdır:

“2015-ci ilə qədər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu tipli istiqraz və lotereyaların buraxılması məsələsinə nəzarət edirdi. Bu qurum ləğv olunandan sonra səlahiyyətlər Mərkəzi Banka verildi. İstənilən sahibkar lotereya oyunları təşkil etmək hüququna malikdir. Sadəcə sənədləşmə və digər istiqamətlər üzrə qanunvericiliyin tələbləri yerinə yetirilməlidir. Bütün hallarda, proses şəffaf və dövlətin nəzarəti altında olmalıdır ki, vətəndaşlar aldadılmasın”.

Gülşən Şərif

www.yenicag.az

760
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv