!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsti günlər başlayır: Temperatur 31 dərəcəyədək yüksələcək - Proqnoz

!Reklam – Yazi

Aprelin 3-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 26-31° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti olacaq.

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv