!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsti günlər hələ QABAQDADIR: Şok GÖSTƏRİCİLƏR

!Reklam – Yazi

“Biz proqnozlaşdırılan daha isti dalğalara hazır olmalıyıq”.

Yenicag.az xəbər verir ki, bu haqda Ümumdünya Meteorologiya Təşkilatı dünyada qlobal istiləşmə səbəbindən gözlənilən istilərlə bağlı meteoroloji proqnoz dərc edib.

Proqnozda isti dalğalarında davamlı artım olacağı və yaranacaq vəziyyətə dünyanın hazır olmasının lazım olduğu bildirilib.

Ümumdünya Meteorologiya Təşkilatının Baş Hava Temperatur Mütəxəssisi Con Nairn BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında qlobal istləşmə ilə bağlı çıxış edib. O, Şimal yarımkürəsində və bütün dünyada özünü göstərəcək həddindən artıq istilərlə bağlı qiymətləndirməni səsləndirib.

Nairn bildirib ki, gözlənilən həddindən artıq isti insan sağlamlığına, eyni zamanda ətraf mühitə risk yaradır:

“Bu yaxınlarda aparılan bir araşdırma göstərdi ki, Avropada keçən yay həddindən artıq istilər səbəbindən 60 min insan ölüb. Gözlənilən istilik dalğaları bütün dünyada olduğu kimi Avropaya da təsirsiz ötüşməyəcək. Biz isti dalğaların müddətində və intensivliyində davamlı artım müşahidə edirik. Dünya daha güclü istilik dalğalarına hazır olmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv