Reklam: High Technic
hightechnic

İsti hava 40 nəfərin həyatına son qoydu

051500116135Ötən həftə Yaponiyada isti hava şəraiti 6 nəfərin ölümünə səbəb olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, iyun ayından indiyədək təxminən 40 yapon vətəndaşı günvurma nəticəsində dünyasını dəyişib.

NHK televiziya kanalının məlumatına görə, ötən həftəsonu 3 min vətəndaş müvafiq şikayətlərlə xəstəxanalara yerləşdirilib. 18 nəfər isə halsız vəziyyətdə tapılıb. Bildirilir ki, tibbi yardım üçün müraciətlər ən çox Tokio və Osaka şəhərlərindən daxil olur. Bir neçə uşaq da tibbi yardım üçün müraciət edib.

Yaponiyanın Yanğın və Fəlakətlərdən Mühafizə Agentliyindən verilən məlumatda isə təxminən 25 minə yaxın insan oxşar şikayətlərlə xəstəxanalara müraciət etdiyi qeyd olunur.

Uzun müddət davam edəcək isti hava şəraiti ilə əlaqədar olaraq yapon meteoroloqlar vətəndaşlara kondisionerlərdən istifadə etməyi, açıq havada az olmağı və maye qəbul etməyi məsləhət görüb.

www.yenicag.az

301