Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İstidən bezənlərin diqqətinə!

Bakıda və Abşeron yarımadasında iyulun 5-i günün ikinci yarısından iyulun 8-i səhərədək arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Azərbaycanın bəzi rayonlarında iyulun 5-i gündüzdən 8-i səhərədək şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, iyulun 7-dən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir.

İyulun 7-8-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Yenicag.az

www.yenicag.az

371
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM