!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstifadə müddəti bitmiş məhsullar və marketinq SAXTAKARLIĞI: “Bu malları almazdan əvvəl...”

!Reklam – Yazi

“İnsanlar əsasən ət, toyuq, kolbasa məhsulları aldıqları zaman xüsusi diqqətlə seçim etməlidir”.

Bunu istifadə müddəti bitmiş, düzgün göstərilməyən, yaxud dəyişdirilmiş məhsullar haqda danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, yumurtadan hazırlanan və saxlanma müddəti keçən qidalar riskli məhusllar kateqoriyasına aiddir:

“Düzgün şərtlər altında saxlanmayan mayonezlər, şirniyyatlar – bir sözlə, yumurtadan istifadə olunan məhsullar mikroblanmaya meyilli olur. Həmin məhsulların son istifadə tarixi qəti olaraq dəyişdirilməməlidir.

Qida təhlükəsizliyinə nəzarət etmək üçün daimi reydlər aparılmalıdır. Çünki qida cəmiyyətin bütün kəsimlərinə – ümumi olaraq, uşaqdan-böyüyə, cavandan-qocaya mənfi təsir edə bilər. Həmin qidalar zəhərlənmədən tutmuş, hətta həyati təhlükəyə qədər çevrilə bilər. İşçi, sahibkar məsuliyyətsizliyinə görə insanların zərər görməsi birmənalı olaraq yolverilməzdir.

Mütəmadi olaraq, Qida Təhlükəsizliyi Agentliyi reydlər aparmalı, məhsulların kimyəvi tərkibini yoxlamalı, standartlara uymayan məhsul gördükdə isə yerindəcə cərimə tətbiq etməlidir.

İnsanlar əsasən ət, toyuq, kolbasa məhsulları aldıqları zaman xüsusi diqqətlə seçim etməlidir. Çünki ətin üzərində son istifadə tarixi olmur. Ətin rənginə, şirə salmasına diqqət edilməlidir. Çünki belə olduğu halda həmin ətin vitrində ən azı 3 gün qaldığı qənaətinə gəlmək olar. Həmin ətdə mikrobioloji çirklənmə gedib.

Şirniyyat aldıqda kiflənmə olub-olmadığına diqqət etmək vacibdir. Əgər belə halla qarşılaşan olsa, həmin məhsulu geri qaytarmalıdır. Əlavə olaraq, AQTA-nın qaynar xəttinə zəng edərək vəziyyət haqda məlumat verilməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv