!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstifadəsiz qalan pay torpaqlarının AQİBƏTİ: “O ərazilər indiki sahiblərindən alınıb digərlərinə verilsə belə...”

!Reklam – Yazi

“Hökümət öz üzərinə düşən vəzifəni yerinə yetirmədiyinə görə pay torpaqlarından səmərəli istifadə edilmir”.

Bu fikirləri istifadə edilməyən pay torpaqlarının mümkün aqibəti haqda danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sahibkarlar pay torpaqlarından səmərəli istifadə etmirlərsə, onlara qarşı müəyyən tələblər irəli sürülə bilər:

“Ölkədə keçirilən son referendumda Konstitusiyaya təklif edilən 4 maddəlik dəyişiklikdən biri məhz sosial məsuliyyətin yaranması ilə bağlı idi. Orada nəzərdə tutulurdu ki, əgər istifadəçilər həmin torpaq sahəsindən səmərəli istifadə etmirlərsə, bu, sosial məsuliyyət yaradır.

Yəni pay torpağı almış sahibkar anlamalıdır ki, ölkənin ərzaq təminatında onların məsuliyyəti var. Kimsə pay torpaqlarından səmərəli istifadə etmirsə, onlara qarşı müəyyən tələblər irəli sürülə bilər”.

Bu məsələdə hökümətin də üzərinə müəyyən vəzifə düşür. Bu vəzifə ondan ibarətdir ki, birincisi, torpaqdan istifadə edilməməsinin səbəbi üzə çıxarılmalıdır. Ona görə ki, torpaq yeganə istehsal vasitəsi deyil. Əgər su yoxdursa, torpağı əkib-becərmək mümkün olmayacaq. Su ilə təminat da hökümətin üzərinə düşən vəzifədir. Vətəndaşlar su ilə bağlı şikayətləri çox aktualdır.

Digər tərəfdən, onlar toxum alaraq əkin həyata keçirirlər. Lakin nəticədə su olmadığına görə məhsul əldə edə bilmirlər. Bu məsələdə sahibkarlara müəyyən haqq vermək olar. Hökümət öz üzərinə düşən vəzifəni yerinə yetirmədiyinə görə bir çox ərazidə pay torpaqlarından səmərəli istifadə edilmir.

Sahibkar məhsuldarlığı artırmaqla həm də öz gəlirlərini çoxaltmaqda, bununla da dolanışığını təmin etməkdə maraqlıdır. Əgər keyfiyyəti aşağı olan toxumdan istifadə edilirsə, əlbəttə, nəticə olmayacaq. Bu məsələdə hökümətin üzərinə müəyyən iş düşür. Seleksiya işi yalnız hökümət tərəfindən həyata keçirilməlidir.

Qeyd olunan çərçivədə məsləhət xidmətini həyata keçirən mütəxəssislər lazımdır. O baxımdan, müvafiq kadrların yetişdirilməsi çox vacibdir. Bu şərtlər təmin olunduqda, həmin torpaqlardan səmərəli istifadə ediləcək. Əks halda, hökümət də anlayır ki, o torpaqları indiki sahiblərindən alıb digərlərinə versə belə, nəticə dəyişməyəcək”.

İsmayıl Bakuvi

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv