Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İstiqlal” ordeni ilə mükafatlandırılan Fikrət Qoca: “Prezidentim məni yaşamağa ruhlandırdı”

“Ölkə başçısı mənə zəng edib, təbrik etdi. Bu qədər gərgin iş rejiminə baxmayaraq, prezidentimin mənə vaxt ayırması mənim üçün böyük fəxarətdir”.

Bunu Yenicag.az-a Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə ölkə başçısı tərəfindən “İstiqlal” ordeni ilə təltif edilən xalq şairi Fikrət Qoca təəssüratlarını bölüşərkən deyib.

Xalq şairi ali ordeni yaradıcılığına, zəhmətinə verilən ən qiymətli mükafat kimi dəyərləndirib:

“Çox sevinirəm. Bu yaşımda “İstiqlal” ordenini doğum günümə ən böyük hədiyyə kimi qiymətləndirəirm. Şairlər ruh adamıdır, bu mükafat əməyimə verilən ən gözəl dəyərdir. Məni yaşamağa daha da ruhlandırdı. Mən hər zaman prezidentimdən özümə dəyər görmüşəm. Buna görə ona borcluyam”.

Cəvahir

www.yenicag.az

2410
reyting.az
www.onlinepress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100