!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstirahət günlərində milli parklarda hava şəraiti necə olacaq?

!Reklam – Yazi

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Samur –Yalama milli parkında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Aprelin 8-də axşamdan tədricən kəsiləcək, 9-da əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 °isti, gündüz 12-16° isti olacaq.

Altıağac milli parkında az yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-14° isti olacaq.

Ağgöl milli parkında hava şəraitinin sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti olacaq.

Qızılağac milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-18° isti olacaq.

Göygöl milli parkında havanın yağıntılı olacağı gözlənilir. Aprelin 8-də axşam, 9-da əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-13° isti olacaq.

Şirvan milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Lakin Aprelin 8-də gündüz az çiskinli olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 18-20° isti olacaq.

Hirkan milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-18° isti olacaq.

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv