İstirahət günlərində səyahətə çıxanlar üçün HAVA PROQNOZU

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, avqustun 11-də qeyri-sabit hava şəraiti davam edəcək.

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Avqustun 12-də hava şəraitinin sabitləşəcəyi, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, hava şəraitinin arabir yağışlı olacağı, avqustun 12-də, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında avqustun 11-i gündüz və 12-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti paytaxt qonaqlarının nəzərinə çatdırır ki, avqustun 11-də arabir güclənən qərb küləyi avqustun 12-də şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, avqustun 11-də gündüz və 12-də, əsasən, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.

COP29