Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İstirahət mərkəzində ağac kottecin üzərinə aşdı - Yaralanan var

Masallıda istirahət mərkəzində ağac kottecin üzərinə aşıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı-Yardımlı şosesinin 13-cü kilometrliyində, Masallı rayonu ərazisində yerləşən istirahət mərkəzində irigövdəli ağacın kottecin üzərinə aşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Kottecdə xilasedicilər tərəfindən hərəkətsiz vəziyyətdə aşkarlanan 1984-cü il təvəllüdlü Mirzəyeva Sevda Siyavuş qızı hadisə yerində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

İlkin müayinə zamanı S.Mirzəyevanın huşsuz vəziyyətdə olduğu müəyyən edilib. Əməliyyat başa çatıb.

www.yenicag.az

1183
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100