!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstismardan çıxarılan avtomobillərin qiymətləndirilməsi: "Maşın sahibi buna əsasən kompensasiya alır" - ŞƏRH

!Reklam – Yazi

“Avtomobillərin istismardan çıxarılması zamanı qarşı tərəfi müəyyən qədər razı salmaq lazımdır”.

Bunu istismar ili başa çatmış nəqliyyat vasitələrinin utilizasiya prosesini dəyərləndirən nəqliyyat eksperti Fərhad Eyyub Yenicag.az-a açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, bu məsələdə xarici ölkələrin praktikasından yararalanmaqda fayda var.

“Azərbaycan Respublikasının yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramına əsasən, istehsal ili köhnə olan avtomobillərin utilizasiya məsələsi konkret olaraq qeyd ediib. Məsələnin nəzərdə tutulmasına baxmayaraq bu müddət ərzində icra mexanizmi həyata keçirilmədi. Əsas səbəb isə hüquqi, sosial, texniki və digər bu kimi məsələlərin həll edilməməsidir. Xarici ölkələrin praktikasına nəzər salsaq, görərik ki, bu proses bəzi ölkələrdə məcburi, bəzilərində isə könüllü əsaslarla həyata keçirilir. Bu yöndə təşviqedici addımlar atılır. Ölkəmizdə isə bu məsələ yerində olduğu kimi qalır. Ona görə də bu konkret olaraq həll edilməlidir.

Bu məsələnin həlli zamanı qarşı tərəfin müəyyən razılığını almaq lazımdır. Bu baxımdan hər zaman mövzuyla bağlı narazılıq yarana bilər. Lakin əsas məsələ yol hərəkətində nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsidir. Köhnə nəqliyyat vasitələrində isə təhlükəsizliklə bağlı müasir standartlara cavab verən bəzi elementlər çatışmır. Buna görə də həmin avtomobillər birmənalı şəkildə istismardan yığışdırılmalıdır. Beləliklə, müəyyən qədər təhlükəsizliyi təmin etmiş olarıq”.

Həmçinin o, qeyd edib ki, hazırda ölkədə bununla bağlı tam icra mexanizmi qəbul edilməyib:

“İcra mexanizminə gədikdə, hələ ki gedişat tam şəkildə müəyyənləşdirilməyib. Ola bilsin, Nazirlər Kabinetinin xüsusi komissiyası tərəfindən avtomobillərin istehsal ili, markası və digər göstəricilərinə uyğun qiymətləndirmə həyata keçirilə bilər. Burada bazar qiyməti əsas rol oynamır. Çünki mövcud resurs azaldıqca bazar qiymətləri önəm daşımır. Ekspertlər tərəfindən xüsusi dəyərləndirmələr sayəsində qiymətlər müəyyənləşdirilə və buna uyğun avtomobil sahibi kompensasiya ala bilər. Bu cür işlərin şəffaf şəkildə həyata keçirilməsi də önəmli məsələdir. Çünki qarşı tərəfin maddi vəziyyətinin də nəzərə alınması vacib şərtdir”.

Yusif Səmədzadə

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv