!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstismardan çıxarılmış 270-dən çox avtobus xəttə qaytarılır - AÇIQLAMA

!Reklam – Yazi

“Ötən ilin 15 sentyabrına olan statistikaya əsasən, işləyən avtobusların sayı 2 244 əvəzinə 1 730 olub”.

Yenicag.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı deyib.

O bildirib ki, beş operatorun parkının orta yaşı 7 ildir, qalan 22 operatorda isə 12 ildir:

“Marşrut şəbəkəsi vahid sistem deyil. Əhalinin 17 faizinin bu şəbəkəyə rahat çıxışı yoxdur. Azərbaycanda köhnə parkı olan kiçik operatorların sayı çoxdur. Ötən il üzrə şəhərdaxili avtobusların sayı 3 948, şəhərdaxili operatorların sayı 2 721, şəhərdaxili marşrutların sayı 1 396, avtobusların orta yaşı isə 22 ildir.
Bütün bunları nəzərə alaraq çıxış yolu kimi 270-dən çox avtobusun istismara qaytarılması və marşrutların arasında avtobusların paylarının optimallaşdırılması planlaşdırılır. Marşrutların orta yükünün 55 faizə endirilməsini nəzərdə tuturuq.

Bakıda avtobus sayının yeni hədəfə çatdırılmasına çalışılır. Pilot layihə olaraq yeni marşrut şəbəkəsinin işə salınması, operatorlarla münasibətin yeni maliyyə metoduna keçidi, xüsusi zolaqlar şəbəkəsinin tətbiqi və s. kimi təşəbbüslər irəli sürülüb”./oxu.az

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv