!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsveç 20 ilə yaxındır ölkədə yaşayan çinli jurnalisti deportasiya edir - SƏBƏB

!Reklam – Yazi

İsveç 20 ilə yaxındır ölkədə yaşayan çinli jurnalistin varlığının milli təhlükəsizliyə təhdid yaratdığı qənaətinə gələrək onu ölkədən çıxarmaq qərarına gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə SVT məlumat yayıb.

Media jurnalistin 2023-cü ilin oktyabr ayından, polisin onun saxlanmasına təşəbbüs göstərdiyi vaxtdan həbsdə olduğunu öyrənib. İsveç xüsusi xidmət orqanlarının gəldiyi nəticəyə görə, qadın 10 ildən artıqdır ki, İsveçin milli təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlə məşğul olub.
Noyabr ayında İsveç Miqrasiya Agentliyi onu ömürlük ölkəyə giriş qadağası ilə deportasiya etmək qərarına gəlib.

Adı açıqlanmayan qadın orta yaşlıdır, isveçli ilə evlidir və İsveçdə ailəsi var.

Məlumata görə,İsveç səlahiyyətliləri onun Çin səfirliyi və İsveçdəki Çin səlahiyyətliləri ilə sıx əlaqə saxlayan şəxslərlə sıx əlaqədə olduğunu müəyyən ediblər. Keçən il o, Çin diasporu və mediası və onların Çin Kommunist Partiyasının lobbi şəbəkəsi ilə əlaqələri haqqında hesabatda qeyd edilib.

Noyabr qərarından sonra jurnalist apellyasiya şikayəti verib. Fevralda məhkəmə qərar verib ki, hökumət Miqrasiya Agentliyinin qərarını təsdiqləməlidir. Ötən həftə ədliyyə naziri tərəfindən hökumətin deportasiya qərarından verilən apellyasiya şikayətinin rədd edilməsini zəruri sayması ilə bağlı qərar imzalanıb.
Jurnalistin vəkili israr edir ki, İsveç hakimiyyətinin qənaətləri yanlış məlumatlara əsaslanır.

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv