!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsveç Ermənistandakı vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ: "Azərbaycanla sərhəd rayonlara getməyin"

!Reklam – Yazi

İsveç öz vətəndaşlarına Ermənistanın Azərbaycanla sərhəd rayonlarına səfər etməmək barədə xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.

Məlumatda bildirilir ki, İsveç öz vətəndaşlarına Ermənistanın Sünik (Zəngəzur) və Vayots Dzor (Dərələyəz) bölgələrinə, həmçinin Geqarkunik (Göyçə)rayonua səyahətdən çəkinməyi tövsiyə edir.

Bundan əlavə, Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında beynəlxalq sərhəddən 5 kilometr məsafədə yerləşən ərazilərə hər hansı səfərdən çəkinməyi tövsiyə edir. Bura Yerasx (Arzdəyən) qəsəbəsi və yolların sərhəd zonasından keçən hissələri daxildir.

Xuraman Etibarlı

www.yenicag.az

299
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv