!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsveçdə erməni kilsəsi qarət edildi və dağıdıldı - FOTO

!Reklam – Yazi

İsveçdə erməni kilsəsi qarət edilib və dağıdılıb.

Yenicag.az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. Bildirilir ki, İsveçin Södertälye şəhərində erməni kilsəsi naməlum şəxslər tərəfindən qarət edilib və dağıdılıb.

Surb Mariam erməni apostol kilsəsindən həm maddi, həm də mənəvi dəyər daşıyan qiymətli əşyalar oğurlanıb.

Qeyd olunur ki, cinayətin nə zaman törədildiyi hələlik bəlli deyil. Cinayətin iştirakçılarının sayı da məlum deyil. Soyğunçuların pəncərədən içəri daxil olduqları güman edilir.

Kilsə sözçüsü Aleksandr Şaroyan deyib: “Biz Miladdan əvvəl bunu gözləmirdik, oğurlanmış əşyalar böyük əhəmiyyət kəsb edirdi və kilsə üçün çox dəyərli idi”.

Polis oğurluq faktı ilə bağlı araşdırmalara başlayıb.

Şaroyan qeyd edib ki, insident narahatlıq doğurur.

“Ancaq biz kilsə üzvlərimizin özlərini təhlükəsiz hiss etmələri üçün hər şeyi edəcəyik”, – Şaroyan qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

148
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv