Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İsveçdə "Yeni Çağ"ın əməkdaşı ilə görüş keçirildi - Səxavət Məmməd 44 günlük Vətən müharibəsindən danışdı - FOTO

Reklam: High Technic

Hərbi jurnalist, “Yeni Çağ” Media Qrupunun əməkdaşı Səxavət Məmməd İsveçdə 44 günlük Vətən müharibəsindən danışıb.

Yenicag.az xəbər verir ki, İsveç Azərbaycan Federasiyası və İsveç Aydınlar Birliyi tərəfindən təşkil edilən müsabiqədə birinci yeri tutan Səxavət Məmməd İsveçə dəvət edilib.

Yöteborg şəhərində İsveç Azərbaycan Federasiyası və Yöteborg Azərbaycan Evi xüsusi seminar təşkil edib. Seminarı Yöteborg Azərbaycan Evinin başqanı Ülviyyə Nəcəfova açıb.

Seminarda çıxış edən Səxavət Məmməd Vətən müharibəsinə aparan yol, istifadə edilən savaş taktikaları və müharibə təcrübələrini dinləyicilərlə bölüşüb.

Müharibənin gedişində Türkiyənin Azərbaycana verdiyi dəstək, bölgə ölkələrinin tutduğu mövqenin savaşın nəticəsinə təsiri və bu kimi mövzular haqqında danışan Səxavət Məmməd ona belə bir imkan tanıdıqları üçün təşkilatçılara təşəkkürünü bildirib.

Seminarda İsveçdə yaşayan azərbaycanlılar, isveçlər, diaspor nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Səxavət Məmməd Göteborqdan əlavə Stokholm, Halsinqborq şəhərlərində də İsveçdə yaşayan azərbaycanlılarla görüş keçirib.

İsveçdən daha ətraflı yazılar yaxın günlərdə təqdim ediləcək.

www.yenicag.az

321
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100