Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İsveçi silkələyən korrupsiya qalmaqalında Ziya Məmmədov EPİZODU: “Bakı-Quba yoluna nəzər salmaq kifayətdir ki...” – ŞƏRH

Reklam: Sinerji Pro

“Mən çox təəccüblənirəm ki, niyə bizim dövlətimiz həmin şəxslə bağlı istintaqa başlamayıb”.

Bu fikirləri Kanadanın “Bombardier” şirkətinin törəmə şirkəti olan “Bombardier Sweden”in vitse-prezidenti Tomas Bimerə qarşı irəli sürülmüş korrupsiya ittihamı üzrə aparılan təhqiqatda Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun adının hallanmasına və keçmiş məmurun məsuliyyətə cəlb olunması ehtimalına münasibət bildirən siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, İsveçdə keçirilən məhkəmə prosesi olmadan da Ziya Məmmədovun fəaliyyətinin ciddi surətdə araşdırılması üçün kifayət qədər əsas var:

“Ümumiyyətlə, belə düşünürəm ki, Ziya Məmmədovla bağlı araşdırmanın aparılması üçün İsveçdə keçirilən məhkəmə prosesinə əsaslanmağa ehtiyac yoxdur. Əslində, Azərbaycan dövləti onunla əlaqədar hələ bir neçə il əvvəl təhqiqat aparmalı idi.

Çünki əvvəla, o adam nəqliyyat naziri işlədiyi dövrdə rəhbərlik etdiyi sahəni bərbad günə qoyub. İkincisi isə, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi göz önündədir. Məsələn, tək Bakı-Quba yoluna nəzər salmaq kifayətdir ki, Ziya Məmmədovun nə işlə məşğul olduğu görünsün. Ona görə də İsveçdə hər hansı məhkəmə prosesini gözləməyə ehtiyac yox idi.

Mən çox təəccüblənirəm ki, niyə bizim dövlətimiz həmin şəxslə bağlı istintaqa başlamayıb. Amma əgər indi bu proses başlayıbsa, hesab edirəm ki, Azərbaycanın da müvafiq hüquq-mühafizə orqanları İsveç hökuməti və istintaqçıları ilə bu məsələdə əməkdaşlıq etməlidir.

Ona görə ki, korrupsiya, yeyintilər və başqa bu kimi neqativ hallar Azərbaycan dövlətinin imicinə çox böyük zərbədir. Eyni zamanda, dövlətimiz maraqlı olmalıdır ki, belə araşdırmalar kimin kim, nəyin nə olduğunu gün üzünə çıxarsın. O baxımdan, fikrimcə, İsveçdə aparılan təhqiqatın Azərbaycanda da gerçəkləşdirilməsi məqsədəuyğun olardı”.

A.Zeynalov

www.yenicag.az

382
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100