!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsveçin Baş naziri ABŞ-a səfər edəcək

!Reklam – Yazi

İsveçin Baş naziri Ulf Kristersson ABŞ-a səfər edəcək.

Yenicag.az xəbər verir ki, iyulun 5-də baş tutacaq səfər çərçivəsində Baş nazir Kristersson Ağ Evdə Prezident Co Baydenlə görüşəcək.

“Mən şadam ki, Prezident Bayden NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl məni görüşə dəvət edir. Mən Prezident Baydenlə görüşü səbirsizliklə gözləyirəm”, – Baş nazir Ulf Kristersson SVT-yə müsahibəsində deyib.

Ağ Evə səfərin əsas mövzusu iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək hərbi alyansın sammiti öncəsi İsveçin NATO-ya üzvlüyünün gedişatıdır.

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv