!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsveçin Baş naziri PKK dəstəkçilərinin aksiyasını provokasiya adlandırdı

!Reklam – Yazi

İsveçin Baş naziri Ulf Kristersson Stokholmda PKK terror təşkilatı dəstəkçilərinin keçirdiyi aksiyanı provokasiya adlandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Kristersson Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyenlə görüşdən sonra keçirdiyi mətbuat konfransında danışıb.

“Bu hadisə İsveç və Finlandiyanın NATO-ya üzv olmaması üçün provokasiyadır”, – deyə o qeyd edib.

Xatırladaq ki, İsveçdə PKK dəstəkçiləri Türkiyə əleyhinə aksiya keçirərək ölkə başçsı Rəcəb Tayyib Ərdoğanı təhqir ediblər. Bundan sonra İsveçin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrılaraq bu tip aksiyaların yolverilməz olduğu diqqətinə çatdırılıb. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop isə isveçli həmkarının Türkiyəyə səfərini təxirə salıb.

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv